• Bakı 26° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ukrayna Polşa və Slovakiyadan təcili yardım istəyib

İQTİSADİYYAT

10 Iyul 2024 | 16:43

Ukrayna Polşa və Slovakiyadan təcili yardım istəyib

Ukrayna son 24 saat ərzində enerji sistemindəki elektrik çatışmazlığına görə Polşa və Slovakiyadan təcili yardım istəyib.

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, enerji sistemində ciddi çatışmazlıq var. Havaların isti keçməsi ilə əlaqədar elektrik enerjisi istehlakına tələbatda artım müşahidə olunur. Enerji sistemindəki çatışmazlığın qarşısını almaq üçün elektrik enerjisinin verilməsində məhdudiyyət tətbiq olunacaq. Bu məhdudiyyət iri infrastruktura malik müəssisələr, eləcə də öz ehtiyacları üçün elektrik enerjisinin 80%-dən çoxunu idxal edən müəssisələr üçün nəzərdə tutulmur.

Nazirlik xüsusən kondisionerlərin aktiv istifadəsinə görə ukraynalıları elektrik enerjisinə qənaət etməyə çağırıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

28 Iyul 2024