• Bakı 16° C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Ukraynada 153 uşaq həlak olub

DÜNYA

01 Aprel 2022 | 12:31 | Müəllif: Subhan Mahmudov

Ukraynada 153 uşaq həlak olub

Ukraynada müharibə başlayandan indiyədək 153 uşaq ölüb, 245-dən çox uşaq yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Teleqram səhifəsində məlumat verilib.

"Rusiya Federasiyasının silahlı hücumu başlayandan bəri Ukraynada 400-ə yaxın uşaq əziyyət çəkib. Onlardan 153-ü həlak olub, 245-dən çoxu yaralanıb", - hesabatda deyilir.

Uşaqlardan ən çox Kiyevdə - 73, Donetskdə - 65, Xarkovda - 53, Çerniqovda - 43, Nikolayda - 30, Luqanskda - 31, Zaporojyedə - 22, Xersonda - 29, paytaxtda - 16, Sumidə - 16, Jitomirdə - 15 nəfər zərər çəkib. .

Bombardman və atəş nəticəsində 859 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 83-ü tamamilə məhv edilib. Ən pis vəziyyət Donetsk, Xarkov, Nikolayev, Sumı, Kiyev, Xerson, Jitomir, Çerniqov vilayətlərində və Kiyev şəhərindədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026