“Ukraynada təhsil alan azərbaycanlı tələbələrlə Xarici İşlər Nazirliyi işləyir. Diasporla İş üzrə Dövlət Komitəsi də bu məsələyə dəstək verir".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, həmin tələbələrin məsələsində nazirlik dəstəkverici rola malikdir.
“Ukraynada təhsil alan tələbələrin Azərbaycan universitetlərində təhsillərini davam etdirməsi ilə bağlı məsələ hazırda müzakirə olunmur”, - deyə nazir bidirib.
Ramid İbrahimov
















