Xəbər verdiyimiz kimi, dünən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) güzəştli mənzillərin onlayn satışı həyata keçirib.
Satışa çıxarılan mənzillər bir neçə 5 saniyədə satılıb. Bu isə güzəştli mənzil almaq istəyən iştirakçıların narazılığına səbəb olub.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bakıvaxtı.az-a bildirib ki, MİDA ictimaiyyətə açıqladığı məlumat kifayət qədər dəqiq və detallı deyil.
"MİDA deyir ki, mənzil seçimi 6-cı saniyədən sonra başlayıb. Bir çoxları isə iddia edir ki, 2-3-4-5 saniyə ərzində sistemə daxil olub, lakin seçim üçün mənzillər tapmayıb. Odur ki, MİDA-nın rəsmi statistikadakı məlumatlara və irəli sürülən iddialara aydınlıq gətirməsi doğru olardı. Bununla bağlı daha ətraflı data açıqlanmalıdır", -deyə O.Gündüz bildirib.
Ekspert qeyd edib ki, MİDA hər bir iddiaçının satışla bağlı real vəziyyətini əks etdirən log faylları açıqlamalı, botlarla bağlı məsələyə aydınlıq gətirməlidir: "Ümumiyyətlə ictimai əhəmiyyət kəsb edən bütün məlumatları açıqlamalıdır".
Ramid İbrahimov
















