• Bakı 11° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Əksəriyyətin bahar kabusuna çevrilən XƏSTƏLİK

CƏMİYYƏT

30 Aprel 2022 | 10:29 | Müəllif: Qalib İbrahimoğlu

Əksəriyyətin bahar kabusuna çevrilən XƏSTƏLİK

Allergik konyonktivit (göz allergiyası) əksəriyyətinbahar kabusuna çevrilib.

Bakıvaxtı.az-ın məlumatına görə, göz sağlamlığı və xəstəlikləri mütəxəssisi Op. Dr. Ali Murat Hacımustafaoğlu bildirib ki, mövsümi allergik konyonktivit adətən xəstələrdə gözdə qızartı, qaşınma, sulanma və göz qapaqlarının şişməsi ilə ortaya çıxır: “Xüsusilə göz yuvası nahiyəsində qaşınma daha sıx olur. Gözlərin altında qara dairələr görünə bilər. Bu, xəstələrin həyat rahatlığını əhəmiyyətli dərəcədə pozan bir vəziyyətdir. Yaz aylarında artan çiçək, bitki və ağac poleninin allergik quruluşlu insanlarda başda allergik konyonktivit olmaqla bir çox allergik xəstəliyə səbəb ola bilər”.

Oftalmoloq bildirib ki, belə olan halda xəstələr gözlərini ovuşdurmamağa diqqət etməlidirlər: “Xəstələr tez-tez gözlərində qaşınma nəticəsində yaranan narahatlıq səbəbindən gözlərini ovuşdururlar. Bu, daha çox allergiyanın gözlərlə təmas etməsinə və simptomların pisləşməsinə səbəb ola bilər ki, bu da infeksiyaya səbəb olur. Allergik konyonktivit yoluxucu olmayan bir xəstəlikdir, lakin gözləri daim ovuşdurmaq xəstəliyin gedişatına mənfi təsir göstərir”.

Mütəxəssis həmçinin qoruyucu tədbirləri aşağıdakı kimi sıralayıb:

- Gözləri cızmamaq

- Soyuq kompres tətbiq etmək (qaşınma və qıcıqlanmanın qarşısını alır)

- Günəş eynəklərindən istifadə

- Günəşin ən güclü olduğu saatlarda çölə çıxmamaq

- Kepka taxmaq

- Kontakt linzalardan istifadəyə fasilə vermək.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026