• Bakı 10° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakıda bu ərazi narkomanların məskəninə çevrilib - VİDEO

CƏMİYYƏT

31 Mart 2022 | 13:38 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda bu ərazi narkomanların məskəninə çevrilib - VİDEO

Bakı-Sumqayıt yolu ilə Şamaxı yolunun arasında yerləşən yaşıllıq zolağı əsl tullantı poliqonuna çevrilib.

Bakıvaxtı.az xəzərxəbər-ə istinadla xəbər verir ki, ağacların bəziləri qulluq edilmədiyindən quruyub, digərləri isə vaxtında budanmadığı üçün yöndəmsiz hala düşüb.

Ərazidəki antisanitar vəziyyət buradan ötüb-keçənlərin narazılığına səbəb olur. Xüsusilə isti havalarda yaşıllıq kəskin qoxu və həşarat mənbəyinə çevrilir.

Vətəndaşların sözlərinə görə, sözügedən ərazi gecə saatlarında daha qorxulu olur. Belə ki, yaşıllığın nəzarətsiz qalmasından istifadə edən narkotik istifadəçiləri və alkoqollu içki düşkünləri buraya üz tuturlar. Belə hal da yaxınlıqda yerləşən avtobus dayanacağı və piyada keçidindən istifadə edənlərə təhlükə yaradır. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026