• Bakı 26° C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Sabahdan BU TƏLƏB LƏĞV EDİLİR

CƏMİYYƏT

30 Aprel 2022 | 11:40

Sabahdan BU TƏLƏB LƏĞV EDİLİR

Azərbaycanda mayın 1-dən maska tələbi ləğv edilir.

Bakıvaxtı.az xatırladır ki, bu barədə Nazirlər Kabineti müvafiq qərar verib.

Qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.

Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026