• Bakı 12° C

    3.66 m/s

  • USD - 1.7

    EUR - 1.9817

    RUB - 2.2074

Uşakov: Kreml ABŞ-dən reaksiya gözləyir

DÜNYA

05 Dekabr 2025 | 11:27

Uşakov: Kreml ABŞ-dən reaksiya gözləyir

Dekabrın 2-də Rusiya lideri Vladimir Putinlə ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff arasında keçirilən müzakirədən sonra Kreml hazırda amerikalı həmkarlarından cavab gözləyir. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Növbəti görüşün tarixinin məlum olub-olmaması ilə bağlı sualı cavablandıran Uşakovun sözlərinə görə, Trampın xüsusi nümayəndəsi ilə növbəti görüşün tarixi hazırda məlum deyil. 

O həmçinin bildirib ki, Donald Trampla telefon danışığı hazırda Vladimir Putinin cədvəlində yoxdur, lakin lazım gələrsə, asanlıqla razılaşdırıla bilər. Uşakov qeyd edib ki, belə bir görüş üçün şərait yaranan kimi Rusiya və ABŞ prezidentləri arasında təmaslar kifayət qədər sürətlə təşkil olunacaq. 

Xatırladaq ki, dekabrın 2-də Rusiya prezidenti Vladimir Putin Kremldə Vitkoff və Kuşneri qəbul edib. Əsas mövzu Ukrayna münaqişəsinin həlli olub. Görüş təxminən beş saat davam edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

04 Dekabr 2025