• Bakı C

    6.29 m/s

  • USD - 1.7

    EUR - 2.0185

    RUB - 2.2222

Uşaq hüquqlarını bu orqanlar müdafiə edəcək

CƏMİYYƏT

28 Yanvar 2026 | 11:03

Uşaq hüquqlarını bu orqanlar müdafiə edəcək

Uşaq hüquqlarını müdafiə edən orqanlar (qurumlar) müəyyən edilir. 

Bakıvaxtı.az xəbər  verir ki, bu barədə məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapıb. 

Yeni qanun layihəsinə əsasən, Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və yerli özünüidarəetmə orqanları təmin edirlər. 

Dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları uşaq hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dəstək göstərirlər.   

Uşaq hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatlarının fəaliyyəti bu Qanunla müəyyən edilmiş prinsip və tələblərə əsaslanmalıdır.


SON XƏBƏRLƏR

27 Yanvar 2026