• Bakı 19° C

    5.15 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı

CƏMİYYƏT

08 Iyun 2023 | 16:25

Uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Mayın 4-də paytaxtın Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini 21 yaşlı İlkin Məmişov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O bildirib ki, məhkəmənin qərarı ilə həmin şəxs 20 sutka inzibati qaydada həbs edilib: “Onun uşaq yeməyini övladı üçün oğurlaması iddiaları həqiqəti əks etdirmir".

"Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində aparılan araşdırmalarla onun uşaq yeməklərini satmaq məqsədilə oğurlaması məlum olub və o, bunu izahatında da etiraf edib”, - DİN rəsmisi vurğulayıb.


SON XƏBƏRLƏR

23 Aprel 2024