• Bakı 16° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

ÜST Moskvadakı ofisini bağlayır

DÜNYA

15 May 2023 | 19:27 | Müəllif: Subhan Mahmudov

ÜST Moskvadakı ofisini bağlayır

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin xüsusi sessiyası zamanı Moskvada ÜST-ün ofisinin bağlanması qərara alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna səhiyyə naziri Viktor Lyaşkoya məlumat yayıb.

"ÜST-ün Moskvada qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa ofisi bağlanacaq. Onun funksiyaları Kopenhagenə veriləcək", - açıqlamada deyilir.

Qeyd olunub ki, bu gün Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin xüsusi sessiyası zamanı üzv dövlətlərin mütləq əksəriyyəti müvafiq qərarın lehinə səs verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026