• Bakı 23° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Pandemiya hələ bitməyib - ÜST

DÜNYA

14 Iyun 2023 | 15:56

Pandemiya hələ bitməyib - ÜST

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus pandemiyasının bitmədiyi barədə xəbərdarlıq edərək gələcək təhdidlərə qarşı üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş plan açıqlayıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ÜST-ün Avropa Ofisi koronavirus pandemiyasının may ayından bəri qlobal fövqəladə vəziyyət statusunda olmadığını, lakin hələ də sağlamlığa əhəmiyyətli təsirləri olduğunu bildirib.

ÜST-nin Avropa Regional direktoru Hans Kluge koronavirusun bəşəriyyəti "əbədi" olmasa da, illər boyu müşayiət edəcəyini və yeni mutasiyaların real risk olduğunu bildirib: "Qlobal səhiyyə fövqəladə halı bitə bilər, amma pandemiya, şübhəsiz ki, bitməyib"

Pandemiyadan əldə edilən dərsləri həyata keçirməyin və səhiyyə sistemlərini gələcək sarsıntılara hazırlamağın vaxtının yetişdiyini deyən Kluge ÜST-nin Avropa regionunda yeni sağlamlıq təhdidlərinin sürətlə tanınması, təhlili və bildirilməsi üçün keçid planını həyata keçirdiklərini qeyd edbi.

Plan çərçivəsində region ölkələrinin səhiyyə və kommunikasiya sahəsində imkanlarının inkişaf etdirilməsi və şəbəkənin yaradılması hədəflənib. Plan üzv dövlətlərin pandemiya xidmətlərinə strateji və daimi sərmayələr qoymasını və yeni təhlükələrə qarşı ayıq-sayıq olmasını nəzərdə tutur.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026