Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının (TŞ) iclasını keçirir.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, toplantıda TŞ-nin daimi üzvləri iştirak edirlər.
İclasda kritik əhəmiyyətli infrastruktur obyektlərin təhlükəsizliyinin qorunması məsələsi müzakirə edilir.
Məlumata görə, V.Putin bu barədə müvafiq tapşırıqlar verir.
14:50
Rusiya Prezidenti Vladimir Putin iyulun 14-də Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
"Putin Kremldədir. Biz onun yaxın vaxtlarda Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşü, operativ iclas keçirəcəyini gözləyirik. Mövzu ilə bağlı sizə məlumat verəcəyik", - Kreml sözçüsü bildirib.
















