Azərbaycan vəkillər Kollegiyasının üzvü, vəkil Natiq Bəybalayev Meşəli qətliamı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın müdafiəsindən imtina edib.
Bakıvaxtı.az xəbər verir ki, bu gün Yasamal rayon məhkəməsində Vaqif Xaçaturyanın cinayət işi üzrə məhkəmədə məlum olub.
Prosesdə N.Bəybəlayev məhkəməyə müraciət edib. O bildirib ki, səhhəti ilə əlaqədar müdafiədən imtina edir.
Etiraz qəbul edilib və V. Xaçatryan başqa müdafiəçi ilə təmin edilib.
Azərbaycan Vəkillər Kollegiyasının üzvü Radmila Abdulova V. Xaçaturyana müdafiəçi təyin edilib.
















