• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

“Vaqner” Polşa sərhədinə doğru irəliləyir - Moravetski

DÜNYA

30 Iyul 2023 | 15:56 | Müəllif: Subhan Mahmudov

“Vaqner” Polşa sərhədinə doğru irəliləyir - Moravetski

Rusiyadan Belarusa gələn "Vaqner" hərbi qruplaşmasının 100-dən çox muzdlu döyüşçüsü Polşa ilə sərhədə tərəf irəliləməyə başlayıb.

Bakıvaxtı.az bildirir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib.

Onun sözlərinə görə, vaqnerçilər Suvalki dəhlizinə - Polşa-Litva sərhədinin 100 kilometr uzunluğu olan strateji hissəsinə yaxınlaşıblar.

"Şübhəsiz, bu, Polşa ərazisinə hibrid hücum istiqamətində bir addımdır. Çox güman ki, muzdlular Belarus sərhədçiləri libasına bürünəcək və Polşada sabitliyi pozmaq üçün qeyri-qanuni mühacirlərin ölkəmizə girməsinə kömək edəcəklər", - deyə Moravetski bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026