Dünya bir çox ənənələrlə doludur. Bu adətlər bəzən gülməli, bəzən də olduqca təəccüblü ola bilər.
Bakıvaxtı.az ölkələrin maraqlı toy adətlərini təqdim edir:
1. Koreya
Koreyada bəylər ağ atla gəlin evinə gedərkən özləri ilə qaz aparırdılar. Bu gün taxta qazdan simvolik olaraq istifadə olunur.
Digər bir ənənə isə toydan sonra yeni cütlüyün evinə bir cüt taxta ördək qoyulmasıdır. Ördəkləri qarşı-qarşıya qoysalar, cütlüyün yaxşı anlaşacağına, əksinə qoyulsa, dalaşacağına inanılır.
2. Hindistan
Bəy gəlinin paltarına cavabdehdir. Gəlin ağ gəlinlik əvəzinə sari adlanan xüsusi paltar geyinir. Toyların olmazsa olmazı gəlinin əlləri və ayaqları üzərində hazırlanmış mehendi naxışlarıdır.
3. İsrail
Yəhudi inancına görə, toylarda şüşə parçaları ilə doldurulmuş parçanın sıxılması ənənəsi var ki, bu da Qüdsdəki müqəddəs məbədin dağıdılmasını simvolizə edir. Mərasimdə şüşə sındırmaq həyatda xoşbəxtlik və kədəri simvollaşdırır.
4. Pakistan
Bəy namizəd qız tərəfindən çətin sınaqdan keçir. Bu imtahanda qız tərəfi bəyə ağıla gələ biləcək hər cür təhqir və söyüşlər yağdırırlar. Əgər bəy bütün bunlara dözəcək qədər soyuqqanlıdırsa, imtahandan uğurla keçəcək.
5. Braziliya
Gəlinin subay dostları gəlinlik paltarının içərisinə adlarını yazır və ən qısa zamanda özünə uyğun həyat yoldaşı tapacaqlarına inanırlar. Həm də toy bem-casado adlı desertsiz olmur.
6. Çin
Toy keçirmək üçün astroloq gəlin və bəyin doğum tarixini şərh etməlidir. Bürclər uyğundursa, həmin tarixlərdə toya hazırlıq görülür.
7. Yunanıstan
Gəlinlər şər ruhlardan qorunmaq üçün qırmızı və sarı çalarlarda pərdə kimi şeylər örtürlər. Onların toy yatağında körpə oğlan uşağı sıçradılması ənənəsi də var.
8. İspaniya
Toy zamanı gəlinin atası bəyə saat hədiyyə edir. Bəy gəlinə “arras” adlanan 13 qızıl pul verir. Bu ritual onların sərvətinin və gələcəkdə qazanacaqlarının paylaşılmasını təmsil edir.
9. Danimarka
Danimarkada 25 yaşınız tamam olub, amma hələ evli deyilsinizsə, dostlarınız sizi bağlayıb darçın yağışına tuta bilər. Bunun səbəbi 16-cı əsrdə ədviyyat satıcılarının tez-tez səyahət etməsi və nəticədə subay qalmasıdır. Danimarkada bu ənənə günümüzə qədər gəlib çatmışdır.
Ay Tac















