• Bakı 23° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Türkiyə MN: Qarabağdakı antiterror tədbirlərindən sonra...

DÜNYA

28 Sentyabr 2023 | 13:50

Türkiyə MN: Qarabağdakı antiterror tədbirlərindən sonra...

Türkiyə Qarabağdakı antiterror tədbirlərindən sonra bölgədəki son vəziyyəti yaxından izləyir, bir daha Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olması səylərini dəstəkləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmisi bildirib.

O qeyd edib ki, Türkiyə Azərbaycanla “bir millət-iki dövlət” şüarı ilə birlikdə hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlərini davam etdirir.

“Qəhrəman Azərbaycan ordusunun 30 ildir işğal altında olan torpaqlarını azad etmək üçün başlatdığı, 44 gün davam edən “Tək Vətən əməliyyatı”nın üçüncü ildönümü və “27 Sentyabr Şəhidlərin Anım Günü” münasibəti ilə Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarını fəda edən bütün şəhidlərimizi yad edirik”, açıqlamada deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026