ABŞ astronavtı Frank Rubio Yerə qayıdıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın Roskosmos Kosmik Agentliyi açıqlayıb. Açıqlamada NASA astronavtı Frank Rubionun, rus kosmonavtları Sergey Prokopyev və Dmitri Petelinin Beynəlxalq Kosmik Stansiyada bir il qaldıqdan sonra dünən Yerə qayıtdıqları qeyd olunur.
Məlumata görə, Rubio 370 gün 21 saat 22 dəqiqə ilə kosmosda ən uzun qalma rekordunu qırıb.
Qeyd edək ki, Rubio keçən il NASA astronavtı Mark Vande Heinin qırdığı 355 gün 3 saat 45 dəqiqəlik rekordu üstələyib.
Xatırladaq ki, Rusiyanın "Soyuz" kapsulu ilə 6 aylıq missiya üçün Beynəlxalq Kosmik Stansiyaya gedən komanda geri dönərkən kosmik gəmidə sızma baş vermişdi. Kapsul sızma səbəbiylə ekipajsız Yerə dönərkən NASA-nın ekipajı Yerə qaytarmaq üçün yeni kosmik gəmi göndərəcəyi bildirmişdi Bu səbəbdən ekipajın geri dönüşündə 6 ay gecikmə olub.
Ay Tac















