• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Üç həftə sonra rus ordusu dilemma ilə üzləşəcək

DÜNYA

28 Oktyabr 2023 | 09:00 | Müəllif: Subhan Mahmudov

Üç həftə sonra rus ordusu dilemma ilə üzləşəcək

Rusiya komandanlığı Avdeyevka üçün əlavə resurslar toplayır.

Bakıvaxtı.az bildirir ki, bu barədə ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko bildirib.

"Bu mərhələdə rus işğalçıları Avdeyevkada dayanmayacaq: yalnız yeni hücum dalğası onlara uğur gətirməsə, digər yerlərdəki problemləri nəzərə alaraq, Avdeyevka macərasını dayandıra bilərlər", - Kovalenko deyib.

O qeyd edib ki, Avdeyevka yaxınlığında ruslar hərbi-sənaye kompleksinin indi bir ay ərzində istehsal etdiyi texnika qədər texnikanı itiriblər:

"Yəni, Avdeyevka hücumu itkilərin ödənilməsinin aylıq prosesində ciddi disbalans yaradır".

O əlavə edib ki, növbəti üç həftə ərzində rusların uğursuz hücumlar nəticəsində itkiləri kompensasiya etmək üçün tərtib etdikləri resursları tükənəcək və dilemma ilə üzləşəcəklər./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026