Alman avtomobil istehsalçısı Volkswagen-in istehsalı dayanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Məlumata görə, alman avtomobil istehsalçısı “Volkswagen”in kompüter sistemində böyük nasazlıq yaranıb və şirkət 4 zavodda istehsalı dayandırmalı olub.
Şirkətin mətbuat katibi açıqlmasında kiberhücum ehtimalını istisna edib.
Şirkət sözçüsü, sözügedən sistem nasazlığından "Volkswagen" qrupunun "Porsche" və "Audi" markalarının da təsirləndiyini və nasazlığın mənbəyini araşdırmaq üçün iclas keçirildiyini bildirib.
Qeyd edək ki, dünyanın ən böyük avtomobil satıcısı olan "Toyota" da istehsal sistemindəki nasazlıq səbəbindən avqust ayında 4 obyektində 28 konveyerdə bütün əməliyyatları dayandırmaq məcburiyyətində qalıb. Yapon təchizatçısı Kojima Industries-in kompüter sistemləri kiberhücuma məruz qaldıqdan sonra Toyota 2022-ci ilin martında bütün fabriklərini bağlamaq məcburiyyətində qalmışdı.
Xəyalə Rza
















