• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Xabarovskun keçmiş qubernatoruna 22 il həbs cəzası verilib

DÜNYA

10 Fevral 2023 | 13:37 | Müəllif: Qalib İbrahimoğlu

Xabarovskun keçmiş qubernatoruna 22 il həbs cəzası verilib

Rusiyanın Xabarovsk diyarının keçmiş qubernatoru Sergey Furqalın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, prosesdə hökm oxunub.

Hökmə əsasən, Xabarovsk diyarının keçmiş qubernatoru 22 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, keçmiş qubernator iki qətl və bir sui-qəsd cəhdin təşkilində təqsirli bilinib. İstintaqın məlumatına görə, Furqal şərikləri ilə birlikdə 2004-2005-ci illərdə biznesmen Aleksandr Smolskiyə sui-qəsd, sahibkarlar Yevgeni Zori və Oleq Bulatovun isə qətlini təşkil edib/apa.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR