• Bakı 22° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Xaricdəki səfirliklərdə seçki məntəqələri yaradılır 

CƏMİYYƏT

01 Yanvar 2024 | 10:14

Xaricdəki səfirliklərdə seçki məntəqələri yaradılır

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarında seçki məntəqələri yaradılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədədiplomatik mənbələrdən məlumat verilib.

Bildirilib ki, növbədənkənar Prezident seçkiləri ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarında hazırlıq işləri görülməkdədir. Bu məqsədlə seçki məntəqələri yaradılmaqdadır.

Seçki Məcəlləsinə əsasən, konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda seçki məntəqələri yaradılır.

Qeyd edək ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək./Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR