Britaniyalı onkoloq Amen Sibtein xərçəngin əsas əlamətlərini açıqlayıb.
Bakıvaxtı.az xarici KİV-lərə istinadən xəbər verir ki, həkim xəstəliyin ən mühüm əlaməti kimi bədənin hər hansı bir yerində üç həftədən çox keçməyən, səbəbi bilinməyən ağrını qeyd edib.
Onun sözlərinə görə, bədəninin hər hansı bir yerində üç həftədən çox davam edən səbəbsiz ağrıları olan şəxs mütəxəssisə müraciət etməlidir. Onkoloq deyib ki, bu, xüsusilə sümüklərdəki ağrılara aiddir.
Həmçinin, xərçəng xəstələri daimi yorğunluq, gecələr güclü tərləmə, bədənin müxtəlif nahiyələrində şişkinlik, qarın nahiyəsində köp, aramsız öskürək və ağrılı udqunma hiss edirlər.
















