İranda ənənəvi çərşənbə bayramı olan "Çərşənb-e Suri" faciəylə başa çatıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Fövqəladə Hallar Təşkilatının rəhbəri Cəfər Miadfar bayram mərasimlərində azı 13 nəfərin öldüyünü bildirib.
“Bu gecə saat 20:30-a (Bakı vaxtı ilə 21:00) 13 nəfər, təəssüf ki, aldığı yaralardan dünyasını dəyişib”, - deyə Miadfar qeyd edib.
FHN rəhbərinin sözlərinə görə, çərşənbə mərasimləri ilə bağlı hadisələrdə 814 nəfər xəsarət alıb.
















