• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qazlı içkilər insanın sümüklərini əridir - Həkim

CƏMİYYƏT

14 Aprel 2022 | 23:23 | Müəllif: Subhan Mahmudov

Qazlı içkilər insanın sümüklərini əridir - Həkim

Sümüklərin davamlılığı və sıxlığına qidalarla yanaşı, içkilər də təsir edir.

Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, tibb elmləri doktoru, həkim Endryu Axapkonq qazlı içkinin sümüklərə dağıdıcı təsirindən danışıb.

"Əgər qanda fosforun səviyyəsi həddən artıq yüksəkdirsə, bu o deməkdir ki, orqanizm kalsiumu sümük və dişlərdən alıb qana atır. Bu da sümüklərin daxildən boşalması deməkdir.

Kalsiumu sümüklərdən yuyub aparan səbəblərdən biri də qazlı içki və duzlu qidalardır.

Çox miqdarda duz-natriy kalsiumun orqanizmdən sovrulmasını artırır, turşu mühit yaradır.

Çox qazlı su içənlərin sümüyü tez kövrəkləşir, ümumi sümük kütləsi azalır, bu da orta yaşlarda acı nəticələrə gətirib çıxarır.

Qazlı suyu adi su və ya mineralla əvəz edin".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026