Son günlər ölkə ərazidində qeyri-sabit, yağışlı hava müşahidə olunur. Təəssüflər olsun ki, belə havalar xəstəlikləri artırdığı kimi yol-nəqliyyat hadisələrini də qaçılmaz edir.
Qeyri-sabit havalarda qəzaların qarşısını almaq üçün nələrə diqqət etmək lazımdır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, hava şəraiti yol-nəqliyyat hadisələri düz mütənasiblik təşkil edir.
A.Əsədovun sözlərinə görə, ümumi nəqliyyat hadisələrinin sayı yolda baş verəcək maneələrin tipindən və insanların istifadə etdiyi nəqliyyat vasitəsinin texniki parametrlərindən asılı olaraq dəyişir:
“Məsələn, texniki nasaz olan hərhansı bir nəqliyyat vasitəsini idarə edən zaman mütləqdir ki, onun şinlərini, ümumi idarəetmədə oynaq sistemlərini, əyləc-sükan mexanizmini və s. yoxlamaq lazımdır ki, bunu diaqnostik qiymətləndirmə ilə servislərdə də etmək olar”.

Aslan Əsədov, Nəqliyyat eksperti
Ekspert nəzərə çatdırıb ki, əgər avtobuslardan söhbət gedirsə, yağışlı havalarda mütləq avtobusların ümumi olaraq dispetçer məntəqəsində yoxlanış qaydalarının təmin edilməsi həyata keçirilməlidir.
Mina Mikayılova
















