• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Daha güclü səhiyyə sistemlərinin qurulması olduqca vacibdir

CƏMİYYƏT

13 Noyabr 2024 | 11:28

Daha güclü səhiyyə sistemlərinin qurulması olduqca vacibdir

“Xəstəliklərin baş verməsini proqnozlaşdırmaq üçün erkən xəbərdarlıq sistemlərinin inkişafı və davamlı səhiyyə müəssisələrinin qurulması iqlim dəyişikliyinin təsirlərini minimuma endirmək üçün mühüm əhəmiyyət kəsb edir”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri COP29 çərçivəsində keçirilən səhiyyə tədbirində Azərbaycanın səhiyyə naziri Teymur Musayev səsləndirib.

Nazirin sözlərinə görə, sağlamlığın təşviqi milli səviyyədə sağlamlıqla bağlı Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və daha güclü səhiyyə sistemlərinin qurulması üçün olduqca vacibdir:

“Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın məqsədlərindən biri də vətəndaşların sağlam həyat tərzinin təmin edilməsidir”, - deyə Azərbaycanın səhiyyə naziri vurğulayıb.


SON XƏBƏRLƏR

13 Noyabr 2024