• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Yaponiyada maraqlı elan: Qocalar evi üçün körpə axtarılır

CƏMİYYƏT

31 Avqust 2022 | 17:12

Yaponiyada maraqlı elan: Qocalar evi üçün körpə axtarılır

Yaponiyanın Kitakyushu şəhərindəki qocalar evi maraqlı elanla gündəm olub.

Bakıvaxtı.az xəbər verir ki, elanda qeyd olunub ki, qocalar evinin sakinlərini sevindirə biləcək körpələr axtarılır.

Körpələrin yuxulu, ac və ya narahat olduqları zaman fasilə verə biləcəyi bildirilib.

Elanda o da qeyd olunub ki, körpələr 4 yaşından kiçik olmalıdır. Qocalar evinə anaları ilə gələcək körpələrə qarşılığında uşaq yeməyi və uşaq bezləri veriləcək. İndiyədək proqrama 30-dan çox körpə daxil edilib. Qocalar evi rəhbərliyi bildirib ki, hətta körpələrin dəhlizlərdə gəzməsi belə qocaları sevindirib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026