• Bakı 14° C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Yaşı 60-dan yuxarı olan müəllimlər də sertifikasiya imtahanı verəcək?

CƏMİYYƏT

18 May 2023 | 11:33

Yaşı 60-dan yuxarı olan müəllimlər də sertifikasiya imtahanı verəcək?

“60 yaşı tamam olan müəllimlərin sertifikasiya imtahanlarında iştirakı könüllü xarakter daşıyacaqsa, onlar yalnız istədikləri təqdirdə müəllimlərin işə qəbul imtahanında iştirak edəcəklər. Əgər iştirak etsələr əmək haqlarında təbii ki, dəyişiklik olacaq. MİQ-də iştirak etməsələr artım onlara şamil olunmayacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, sertifikasiya imtahanlarını keçirməkdə məqsəd təhsilverənlərin peşəkarlığını ölçmək, təlimə ehtiyac olub-olmadığını müəyyənləşdirməkdir: “Hədəfimiz kimisə işdən çıxarmaq deyil. Qanunvericiliyə təklif edilən dəyişiklik qəbul olunarsa, 60 yaş üzəri müəllimlərin sertifikasiyada iştirakı könüllü olacaq. Hazırda məktəblərdə yaşı 60-dan artıq olan 5 mindən çox müəllim işləyir. Təkliflər hələ qəbul edilmədiyindən həmin müəllimlərə də iştirakla bağlı SMS göndəriləcək. Dəyişiklik olsa, məsələyə yenidən baxacağıq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR