• Bakı 24° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Zabratda açıq ərazidə yanğın baş verib - VİDEO

HADİSƏ

24 Yanvar 2025 | 13:47 | Müəllif: Əli Hüseynov

Zabratda açıq ərazidə yanğın baş verib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

    Hadisə nəticəsində təxminən 200 m2 sahədə məişət və təkər tullantıları yanıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR