• Bakı 25° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Zakir Həsənov Hulusi Akarla görüşdü

SİYASƏT

29 Yanvar 2024 | 17:52

Zakir Həsənov Hulusi Akarla görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 29-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bakıvaxtı.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qonaqları salamlayan general-polkovnik Z.Həsənov sabiq həmkarını yenidən ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Nazir Azərbaycan və Türkiyə prezidentlərinin dostluq və qardaşlıq münasibətlərinin ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın yüksələn xətlə inkişafında mühüm rol oynadığını xüsusi vurğulayıb.

H.Akar isə öz növbəsində hər zaman olduğu kimi Azərbaycana bugünkü səfərindən də məmnunluq ifadə edib və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Ölkələrimiz arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatmasının xüsusi əhəmiyyətə malik olduğunu bildirən deputat bu cür səfərlərin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.


Zakir Həsənov Hulusi Akarla görüşdüZakir Həsənov Hulusi Akarla görüşdüZakir Həsənov Hulusi Akarla görüşdü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026