• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Lavrov Türkiyəyə səfər edəcək

SİYASƏT

28 Fevral 2024 | 15:03

Lavrov Türkiyəyə səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 1-2 mart tarixlərində Türkiyəyə səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova məlumat yayıb.

Bildirilib ki, nazir Türkiyədə Antalya Diplomatik Forumunda iştirak edəcək.

Səfər çərçivəsində Lavrovun türkiyəli həmkarı Hakan Fidan ilə də görüşü planlaşdırılır.

Qeyd edək ki, 1-3 mart tarixlərində keçirilməsi planlaşdırılan Antalya Diplomatik Forumunda 100-dən çox ölkədən 4 minə yaxın qonağın iştirak edəcəyi gözlənilir. Forumun əsas mövzusunu "Böhran dövründə diplomatiyanın təşviqi" təşkil edəcək.


SON XƏBƏRLƏR

26 Iyul 2024