• Bakı 18° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Sahibə Qafarova Simonyanla görüşündən DANIŞDI

SİYASƏT

29 Mart 2024 | 11:12 | Müəllif: Qalib İbrahimoğlu

Sahibə Qafarova Simonyanla görüşündən DANIŞDI

“Milli Məclisin nümayəndə heyəti martın 21-dən 26-na dək İsveçrədə işgüzar səfərdə olub”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında spiker Sahibə Qafarova deyib. Onun sözlərinə görə, İsveç səfəri çərçivəsində parlamentlərarası əlaqə qurmaq, sülh üçün körpülər qurmaq adına müzakirələr aparılıb:

“Bildirdim ki, parlamentlər sülh və əmin amanlıq üçün töhfələr verə bilər. Qatıldığım toplantıda Qoşulmama Hərkatına Azərbaycanın sədrliyi dövründə atılan addımların hərəkat üçün vacibliyini vurğuladım. Hər 3 toplantıda COP29-a hazırlıq haqqında məlumat verdim”.

Spikerin səfəri zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlərdə də fikir mübadiləsi aparılıb. Serbiya, Qazaxıstan, Əlcəzair parlamentlərinin sədrləri ilə iki və çoxtərəfli görüşlər keçirilib. Bundan başqa, Sahibə Qafarova ilə Ermənistan parlamentinin sədri Alen Simonyan arasında da görüş olub:

“Davam edən sülh danışıqları əsasında iki tərəfin hansı formada sülhə töhfə verə biləcəyi barədə danışılıb”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026