• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Aydın Mirzəzadə Makrona SƏSLƏNDİ

SİYASƏT

29 Mart 2024 | 11:26

Aydın Mirzəzadə Makrona SƏSLƏNDİ

“Dünən məlumat yayıldı ki, Səbinə Əliyeva Xankəndidə erməni sakinlərlə görüşüb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu, onu göstərdi ki, Azərbaycan milliyyətindən asılı olmayaraq öz vətəndaşlarına bərabər şəkildə yanaşır:
“Ombudsman Xankəndidə həssas təbəqə üçün yaradılmış şəraitlə tanış olub. Fransa prezidenti Makrona demək istəyirəm ki, bunlara daha yaxşı baxsın. Azərbaycan əleyhinə çıxışlar edilir, Ermənistanın işğalçı siyasəti dəstəklənir”.

Deputat qeyd edib ki, Parisdə çıxan qəzetlərin birində Makronla bağlı maraqlı yazı dərc olunub: “Orad bildirilirdi ki, Fransa Ermənistanı bacardığı qədər müdafiə edir, lakin bunun bir nəticəsi yoxdur. Əlbəttə, belə də olacaq. Onlar heç zaman qələbə qazana bilməz”.

“COP29 konfransı bir daha göstərdi ki, makronların göstərdiyi siyasətə baxmayaraq, Azərbaycan öz inkişafında davam edir”, - deyə Aydın Mirzəzadə əlavə edib.

Aytac Aslan


SON XƏBƏRLƏR

26 Aprel 2024