• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

31 mart soyqırımı günü xalqımızın həyatında xüsusi mərhələdir

SİYASƏT

29 Mart 2024 | 14:23

31 mart soyqırımı günü xalqımızın həyatında xüsusi mərhələdir

Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı ilə daşnak-bolşevik silahlı dəstələri tərəfindən xalqımıza qarşı xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.

Martın 30-dan aprelin 3-dək Bakıda, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və başqa ərazilərdə 30 mindən çox azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub. Bu məsələ İrəvanda xüsusi qəddarlıq ilə seçilib, Şəhər Müsəlman Şurasının qərarı ilə İrəvan Müəllimlər Seminariyasının şəriət müəllimi Molla Məmmədbağır Qazızadənin rəhbərlik etdiyi üç nəfər ziyalı Peterburqa gedib, orada Çarın yüksək rütbəli məzunları, o cümlədən Cənubi Qafqazın general qubernatoru ilə görüşmüş İrəvandakı vəziyyəti müzakirə ediblər.

Bakı və ətraf ərazilərdən qırğınlarda çoxsaylı yaşayış məntəqələri mədəniyyət abidələri, məscid və qəbristanlıqlar yerlə-yeksan edilib. Uşaq, qoca, qadın bilmədən mülki əhali kütləvi əhali qırğınların qurbanı olub.

Sovet dövründə bütün bu tarixi olaylar xalqımıza təhrif olunmuş şəkildə çatdırılıb, hətta bu qırğınların təşkilati-ideoloji mərkəzi olaraq Bakı Soveti hökuməti, 26 Bakı Komissarları sovetinin milli dövlətçiliyinin tərkib hissəsi kimi öyrədilib, şəhərin mərkəzində onlara xatirə kompleksi ucaldılıb. SSRİ-nin suqutu ilə tarixi hadisələr olduğu kimi xalqımıza çatdırıldıqda, düşmənimizi təzəcə tanıdıqda Dağlıq Qarabağda seperatçılıq Ermənistanın dövlət siyasəti səviyyəsinə qaldırıldı, ərazilərimizə qarşı iddialar qaldırıldı. Qərbi Azərbaycanlılar İrəvan adlı dədə-baba torpaqlarımızın 1987-1991-ci illərdə zorla köçə məruz qoyuldular.

Bütün bu hadisələrə, yəni xalqımızın Ermənistan adlı ərazilərimizdən qovulması və Dağlıq Qarabağda separatizmə ilk siyasi-hüquqi qiyməti Ulu Öndər Heydər Əliyev müstəqillik dövlət quruculuğu prosesinə rəhbərliyi dövründə iki tarixi sənədlə verdi. “Azərbycanlıların soyqırımı haqqında» və Azərbaycanlıların tarixi torpaqlarından deportasiyası” adlı sənədlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynadı. 31 martın «Azərbaycanlıların soyqrımı günü» kimi elan edilməsi Ulu öndərin müstəsna tarixi xidmətlərindəndir. Ölkə prezidenti, cənab İlham Əliyevin hakimiyyəti dönəmində bu hadisə xüsusi diqqət kəsb edib, həm Qərbi Azərbaycanda, həm Bakı və ətraf ərazilərimizdəki erməni qəsbkarlığının, həm də Dağlıq Qarabağdakı separatizmə qarşı yerli və beynəlxalq miqyaslı tədbirlər daimi xarakter alıb.

Nəticədə həm Dağlıq Qarabağdakı seperatizm tarixin arxivinə gömülməklə ərazi bütövlüyümüz və dövlət suverenliyimiz təmin edilib, həm də 2022-ci ilin sonunda Qərbi Azərbaycan İcmasının ofisindəki çıxışı ilə yeni hərəkata - “Qərbi Azərbaycana qayıdış hərəkatına” start verildi.

Qubadakı Soyqırım Memorial Kompleksinin açılması ilə bağlı Qərarı və nəhayət, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı 2018-ci il 18 yanvar tarixli qərarı ilə milli müstəqil Dövlət quruculuğu tariximizə yeni baxışa start vermiş oldu. Bununla da Qərbi Azərbaycan İcmasının simasında əzəli torpaqlarımıza qayıdışa ümummilli çağırış mahiyyəti verildi.

Həsən Bayramov

Qərbi Azərbaycan İcması Binəqədi rayon  nümayəndəsi,  pedaqoji  elmlər  doktoru,  professor


SON XƏBƏRLƏR

26 Aprel 2024