• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Hakim partiya parçalanır: Qriqoryan Paşinyana etiraz edir

SİYASƏT

29 Mart 2024 | 11:55

Hakim partiya parçalanır: Qriqoryan Paşinyana etiraz edir

Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyası parçalanır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Bildirilib ki, partiya daxilində əvvəlki birlik yoxdur:

“Partiya daxilində iki əks-qütb yaranır: Nikolistlər və Qriqorianlar. Söhbət ondan gedir ki, həmişə qərbyönümlü siyasəti ilə seçilən, Rusiya əleyhinə bəyanatlar verən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu dəfə Baş nazir Nikol Paşinyanın nəyin bahasına olursa-olsun və tez bir zamanda Avropaya meyl etmək siyasətinə qarşı çıxır”.

Nəşrin məlumatına görə, o, müzakirələr zamanı Ermənistanın Rusiyadan uzaqlaşmasının mənfi nəticələrini faktlarla təqdim edir:

“A. Qriqoryanın fikincə, Ermənistanın inkişafı regional əməkdaşlıq formatında mümkündür və bu məsələdə Rusiya mühüm rol oynayır”.


SON XƏBƏRLƏR

26 Aprel 2024