• Bakı 12° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Zaqatalada ağır qəza - xəsarət alanlar var

HADİSƏ

19 Fevral 2025 | 21:28

Zaqatalada ağır qəza - xəsarət alanlar var

Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun Zaqatala rayonu Çobakol kəndindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, Qax rayon Güllük kənd sakininin idarə etdiyi "VAZ 2102" markalı minik avtomobili, Ağcabədi rayon sakininin idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində bir-neçə nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna aparılıblar.

Hazırda yaralılara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. /APA


SON XƏBƏRLƏR