Zaqatalada dərsə gedən iki şagirdə və daha üç nəfər kənd sakinə çaqqal hucum edib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Muxax kəndində baş verib.
Kənd sakinləri olan və Muxax kənd 2 saylı tam orta məktəbin şagirdləri - 2012-ci il təvəllüdlü Məryəm Çingiz qızı Mahmudova, 2012-ci il təvəllüdlü Röyal Rövşən oğlu Gəncəliyev dərsə gedən zaman yolda çaqalın hucumuna məruz qalıblar. Eyni anda çaqal ərazidə olan daha üç nəfər kənd sakini - 1993-cü il təvəllüdlü Dilrubə Bayram qızı Tahirova, 1988-ci il təvəllüdlü Fatimə Zahid qızı Rəcəbova və 1986-cı il təvəəlüdlü Leyla Şaban qızı Ömərovaya hucum edərək xəsarət yetirib.
Hər iki şagirdə və kənd sakinlərinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) mavafiq yardım göstərilib, quduzluq əleyhinə zərdab vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Qeyd edək ki, çaqqal sakinlər tərəfindən öldürülüb.
Çaqqaldan kənd baytar həkimi tərəfindən laborator nümunə götürülüb./APA
















