• Bakı 12° C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bakıda avtomobil piyadanı vuraraq öldürdü

HADİSƏ

11 Yanvar 2024 | 09:16

Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsində avtomobil yolu keçmək istəyən qadını vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, Tağı Nurəddin oğlu idarə etdiyi "KIA" markalı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsindən mərkəz istiqamətində hərəkətdə olarkən Sabunçu qəsəbəsində "Bolmart" supermarketin yaxınlığında ehtiyatsızlıqdan yolu keçən piyada - 1963-cü il təvəllüdlü Məmmədhəsənova Yeganə Həmzə qızını vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR