• Bakı 24° C

    1.7 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Müşfiqabadda binadakı yanğın söndürüldü - VİDEO

HADİSƏ

09 Fevral 2024 | 14:48

Müşfiqabadda binadakı yanğın söndürüldü - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu Yeni Müşviq qəsəbəsində binada yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə yanğın baş verdiyi müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 75 kv.m. olan üçotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 18 kv.m. sahədə yanıb. Qonşu mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Mənzilin böyük hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub.

Xatırladaq ki, Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində keçmiş məcburi köçkün ailələri üçün salınmış şəhərcikdə yanğın baş vermişdi. Yanğın şəhərcikdə yerləşən binalardan birinin üçüncü mərtəbəsində qeydə alınmışdı

 
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR