Zoğal ağacının ən çox meyvələrindən istifadə olunur. Meyvələrini tam yetişəndə yığır, həm təzə-təzə, həm də qurudub istifadə edirlər.
Bakıvaxtı.az-ın məlumatına görə, zoğalın təzə dərilmiş meyvəsindən və şirəsindən xalq təbabətində şəkər xəstəliyi zamanı sərinlədici və ürək yanğısının qarşısını alan vasitə kimi istifadə edirlər. Tumunu qovurub toz halına salandan sonra uşaqlarda baş verən ishala dizenteriyaya qarşı işlədirlər. Zoğal meyvələrindən hazırlanmış çaxır demək olar ki, ishalın və dizenteriyanın ən vacib dərmanıdır.
Zoğalın yarpağından çay surqatı kimi də istifadə edilir. Xalq təbabətində zoğalın meyvələrindən çox qədimdən isitməyə (malyariyaya) qarşı istifadə olunur. Bu məqsədlə zoğalın qurudulmuş meyvəsindən suda çay kimi dəmləyib gündə 2-3 dəfə, hər dəfə də bir stəkan xəstəyə içirirlər.
Qabıqlarından hazırlanan ekstraktın arpa unu ilə qarışdırıb pasterizəyə bənzər maddə hazırlayıb səpki və çibanların üzərinə yaxıb müalicə edirlər. Qabıq və yarpağından hazırlanan dəmləmə və cövhərlərdən böyrək, qaraciyər və diabetdə istifadə edilir. Şirəsindən damcı kimi göz xəstəliklərində istifadə edilir. Yarpaqlarından surrokat çayı hazırlanır. Meyvəsindən sinka, qan azlığında, soyuqdəymələrdə, qızdırmada, mədə-bağırsaq xəstəliklərində, şirəsindən, lavaşanasından hazırlanan spirtsiz içkilərdən malyariyada, iştahanın artırılmasında, şirəsini nişasta ilə qarışdırılıb şəkərli diabetdə, eləcə də iştahaartırıcı vasitə kimi istifadə edilir.
Zoğal meyvəsindən insanlar qida kimi təzə, qurudulmuş və bişirilmiş halda istifadə edir. Bundan başqa, zoğaldan hazırlanan şirə mədə-bağırsaq pozğunluqlarının aradan qaldırılmasında da istifadə olunur. Meyvəsindən hazırlanan şirəyə bal və yumurta sarısı qataraq qarın yatalağının müalicəsində istifadə edirlər. Zoğalın meyvəsindən maddələr mübadiləsinin nizama salınmasında, qan azlığında və mədə xəstəliyində də istifadə olunur.
Zoğal immunitet sistemini sürətlə gücləndirir. Xüsusilə qan dövranı sisteminə təsiri böyükdür.
İnfarkt riskini azaldır, xərçəng əmələ gətirən amillərin qarşısını alır. Xərçəngin sürətlə irəliləməsinə mane olur. Zoğal meyvəsi güclü bir melatonin qaynağıdır.
Melatonin gecə ifraz olunar və bu sayədə yuxu yatarıq. Lakin, melatonin kifayət qədər ifraz olunmazsa xərçəng meydana gəlir. Hüceyrə istehsalı sürətlə pozulmağa başlayır.
Zoğal, mədə xorası kimi xəstəliklərə də xeyirlidir. Zoğal temperaturu salır və ishalı dayandırır. Yara və yanıqlarda müalicə edici xüsusiyyəti var. Zoğal depressiya və ruhi xəstəliklərdə köməkçi bir qidadır.
Aytac Aslan