• Bakı 21° C

    4.96 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

14 yaşlı qıza xalasının qeyri-rəsmi nikahda yaşadığı kişi zorakılıq edib - İDDİA + VİDEO
CƏMİYYƏT
22 Iyun 2025 | 18:50

14 yaşlı qıza xalasının qeyri-rəsmi nikahda yaşadığı kişi zorakılıq edib - İDDİA + VİDEO

Bir neçə gündən sonra 14 yaşı olacaq. Həmyaşıdlarından fərqli olaraq həyat onu valideyn himayəsidən məhrum edib. 7 yaşı olanda anasını itirib, atası isə ona sahib çıxmaqdan imtina edib. Anasının ölümündən sonra isə qıza xalası baxıb.

Bakıvaxtı.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Sabunçu rayonunda xalasının himayəsində yaşayan qız məktəbə getməyib, oxuyub yazmağı isə indi öyrənir.

O iddia edir ki, xalasının qeyri-rəsmi nikahda yaşadığı 49 yaşlı Tahir Sadıqov tərəfindən ona qarşı qeyri-etik hərəkətlər edilib.

Azyaşlı qız iddia edir ki, bununla bağlı digər qohumlarına məlumat versə də, onun dediklərinə məhəl qoyan olmayıb. Düz 7 il xalasının evində şiddətə və istismara məruz qalıb.

49 yaşlı T. Sadıqov isə qızcığaza başına gələnləri danışacağı tədqirdə çəkdiyi viedoları yayacağı ilə hədələyib.

DİN-dən bildirilib ki, faktla bağlı ərazi üzrə polis bölməsində cinayət işi açılıb. Gürcüstan vətəndaşı olan 49 yaşlı Tahir Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb.

Daha ətraflı süjetdə:

 


SON XƏBƏRLƏR

22 Iyun 2025