“İsrail 60 döyüş təyyarəsi ilə İrana hücum edib”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin rəhbəri, briqada generalı Efi Defrin məlumat verib.
Onun sözlərinə görə, hücumlar zamanı İsrail Hərbi Hava Qüvvələri İranın 3 ədəd F-14 döyüş təyyarəsini vurub.
Defrin bildirib: “İranın ballistik raket atma qabiliyyəti ciddi şəkildə zəifləyib. Son bir həftə ərzində İrandan İsrailə doğru mindən çox pilotsuz təyyarə buraxılıb. Onlardan yalnız bir neçəsi İsrailin hava məkanına daxil ola bilib. Pilotsuz təyyarələrin əksəriyyəti İsrail sərhədləri xaricində məhv edilib. Bu, görünməmiş bir nailiyyətdir”.