• Bakı 13° C

    6.54 m/s

  • USD - 1.7

    EUR - 2.0004

    RUB - 2.232

Biləsuvarda işıq olmayacaq

CƏMİYYƏT

15 Aprel 2026 | 09:25

Biləsuvarda işıq olmayacaq

Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, aprelin 15-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasından çıxan 10 kV-luq 10 saylı hava xəttində təmir və ağac budanması işləri aparılacaq.

Bununla əlaqədar saat 11:00-dan 13:00-dək şəhərin Mübariz İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, Tofiq İsmaylov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.


SON XƏBƏRLƏR

14 Aprel 2026