İyunun 6-da gecə saatlarında Səbail rayonu ərazisində Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidovanı skuterlə vuran şəxs müəyyən edilib.
Bakıvaxtı.az-ın məlumatına görə, DİN Mətbuat Xidmətinin əməkdaşı E.İbrahimov bildirib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Ucar rayon sakini R.Abdullayev saxlanılıb.
Araşdırma aparılır.