Türkiyənin Antalya vilayətində meşə yanğını başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
Qeyd edilib ki, hadisə ilə bağlı əraziyə çox sayda yanğınsöndürən və digər xilasetmə qüvvələri cəlb olunub.
"Yanğının söndürülməsinə ilkin mərhələdə 3 helikopter, 4 yanğınsöndürən avtomobil, 2 su çəni və 2 ilkin müdaxilə maşını, həmçinin 50 texniki əməkdaş və yanğınsöndürən cəlb edilib"- məlumatda vurğulanıb.
Hazırda yanğının nəzarətə götürülməsi istiqamətində işlər davam etdirilir.
Bakı 











