• Bakı C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Ardanın bu paylaşımı gündəm oldu - Foto
İDMAN
01 Yanvar 2026 | 14:55

Ardanın bu paylaşımı gündəm oldu - Foto

İspaniyanın “Real Madrid” və Türkiyə millisinin ulduz futbolçusu Arda Gülerin sosial mediadakı son paylaşımı maraqla qarşılanıb.

Bakıvaxtı.az xəbər verir ki, gənc istedadın paylaşımına “Mançester Siti”nin ulduz hücumçusu Erlinq Haaland da şərh yazaraq reaksiya verib.

Qeyd edək ki, sözügedən foto ötən ilin 11 dekabrında UEFA Çempionlar Liqası çərçivəsində baş tutan “Real Madrid” – “Mançester Siti” (1:2) matçında lentə alınıb. Görüntülərdə standart vəziyyət zamanı Gülerin cərimə meydançasında özündən təxminən 20 santimetr uzun olan Haalandın qarşısını almağa çalışdığı anlar əks olunub. Bu kadr qısa müddətdə sosial şəbəkələrdə viral olmuşdu.

Xatırladaq ki, “Fənərbaxça”dan 20 milyon avroya transfer olunan Arda Güler Karlo Ançelottinin gedişindən sonra komandanın sükanı arxasına keçən Xabi Alonsonun oyun sistemində əsas fiqurlardan birinə çevrilib.

 


SON XƏBƏRLƏR

31 Dekabr 2025