• Bakı 21° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Axios: ABŞ və İran anlaşma memorandumu ilə bağlı razılığa gəliblər
DÜNYA
28 May 2026 | 18:44

"Axios": ABŞ və İran anlaşma memorandumu ilə bağlı razılığa gəliblər

ABŞ və İran atəşkəsin 60 gün uzadılması və Tehranın nüvə proqramı ilə bağlı danışıqlara başlamaq üçün anlaşma memorandumu barədə razılığa gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Axios" portalı və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid sosial mediada məlumat verib.

"ABŞ və İran anlaşma memorandumu ilə bağlı razılığa gəliblər. Lakin Prezident (ABŞ) Donald Tramp hələlik yekun razılığını verməyib. Prezident vasitəçilərə bildirib ki, yekun qərar verməzdən əvvəl bunu nəzərdən keçirmək üçün bir neçə günə ehtiyacı var", - deyə o, vasitəçilikdə iştirak edən iki yüksək vəzifəli ABŞ rəsmisinə və regional mənbəyə istinadən qeyd edib.


SON XƏBƏRLƏR

27 May 2026