• Bakı 15° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

Ermənistana Rusiya taxılı daşıyan yük qatarı yola düşüb – YENİLƏNİB
SİYASƏT
01 Aprel 2026 | 12:03

Ermənistana Rusiya taxılı daşıyan yük qatarı yola düşüb – YENİLƏNİB

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 5 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

Bakıvaxtı.az xəbər verir ki, taxılın ümumi çəkisi 349 tondur.

Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23,5 min ton taxıl, 1000 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Qeyd edək ki, sonuncu dəfə martın 25-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 350 ton Rusiya buğdası göndərilib.

***

08:04

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək.

Bakıvaxtı.az-ın məlumatına görə, yük 5 vaqon təşkil edir.

Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək.


SON XƏBƏRLƏR