Azərbaycan və Gürcüstan arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “X” hesabında məlumat verib.
“Prezident İlham Əliyevi və Azərbaycan nümayəndə heyətini Tbilisidə qarşılamaqdan şərəf duyuram. Biz yaxın tərəfdaşlığımızı, regionda sülh və stabilliyin əhəmiyyətini və ölkələrimiz arasında qarşılıqlı maraq doğuran mövzularda əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı imkanlara diqqət çəkdik”,- Kobaxidze qeyd edib.
Bakı 












